Bəxtiyar Hacıyev Photo by S.F.Ismayil |
“Twitterdə cavab verəcəm”in növbəti qonağı keçmiş vicdan məhbus, gənc fəal Bəxtiyar Hacıyev olub. Bəxtiyar Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.
Şəhzadə Orucova: Təhsildə (xüsusilə ali məktəblərdə) rüşvət verməməklə kifayətlənib korrupsiyaya qarşı mübarizə aparmaq olar?
Bəxtiyar Hacıyev: Universitetlərdə rüşvət verməmək ilk addımdır. Amma kifayət deyil. İnsanları maarifləndirmək, sistemi, cəmiyyəti dəyişməliyik.
Ayuk Utopik: Sənə suallar bitməz tükənməz :))
Bəxtiyar Hacıyev: Suallar çoxdursa, o zaman "Əəəəə, bir-bir..." (copyright-T.Əhmədov)-:))
Ceyhun Məmmədli: Hacıyev, sizcə müxalifətin vahid namizədi kim olmalıdır? :)
Bəxtiyar Hacıyev: Müxalifətin vahid namizədi müxalifətin ən güclü şəxsi olmalıdır. Bunu isə ilkin seçkilər (premaries) ilə müəyyənləşdirmək olar.
İlham Aliyev: Əsgər nə vaxt gedirsiz?
Bəxtiyar Hacıyev: Lazım gələndə və müharibə başlayanda.