Oktyabrın 3-də “Twitter-də cavab verəcəm”in qonağı bloqqer, yeni media mütəxəssisi Əli Novruzov olub. Əli TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Müsahibənin redaktə olunmuş variantını sizə təqdim edirik.
FaridHajiyev: Siz twittere necə baxırsız? :)
Alinovruzov: Mən ümumiyyətlə Twitter'ə “Seesmic Desktop”un “interface”indən baxıram :)
EtibarSalmanli: Hörmətli bloggerimizə sual vermək istəyirəm ki, facebookda təkər qaldıran uşaqlara necə baxır?
Alinovruzov: Facebook'da təkər qaldıran? Təzə jarqondu bu? Deyəsən zəmanədən çox geri qalmışam :(. Sonra mənə private'da Facebook'da təkər qaldırmaq sözünün mənasını izah edərsən :)
FaridHajiyev: Masonlara münasibətin necədir? :)
Alinovruzov: Çox yaxşı. Tolerant yanaşıram. "Hesablaşıram, amma razılaşmıram" (c)
“Əsas odur ki, müxalifət səmimi olaraq əlindən gələni işləri görür”
EtibarSalmanli: Mənə elə gəlir ki, Azərbaycanda ən tanınmış 3 bloqqerdən birisiz. Sizə görə kimdir bes? :D
Alinovruzov: Azərbaycanda tanınmış bloqqerlər? Arzu, Turkhan, Araz ümumiyyətlə klassikadı. Yenilərdən məsələn, sən, Zaur.
Mejidli: Yoldaş Novruzov, sizcə Azərbaycan müxalifətinin edə bilib də etmədiyi nə var? Tam olaraq nə çatışmır? Kinli adamsız? :)
Alinovruzov: Kinli deyiləm, amma tam kinsiz də deyiləm. Yarı-kinli demək olar. Mənə pislik eləyəni bağışlayaram, amma heç vaxt yadımdan çıxmaz
Alinovruzov: Müxalifət barədə diskussiya açsaq 140 işarəyə sığmaz. Əsas odur ki, əllərindən gələn işləri görürlər, səmimi olaraq.
Sahiloglu: Paramilli ilə hipermilli arasindakı nə fərq var?
Alinovruzov: Yəqin eyni adamın Facebook və Twitter'dəki fərqli reinkarnasiyalarıdı #paramilli #hipermilli
Sergey Dovlatov "Zona" və İsmayıl Şıxlı "Ölən Dünyam"
Mejidli: azqoskomediya.wordpress.com un aqibəti necə oldu?
Alinovruzov: Wordpress platforması ilə bağlı Azərbaycanda nəsə problem var. Ona görə də hələlik qalıb. Amma mütləq davam edəcək. Materialdan boluq :)
GultekinV: Sizcə Gəncə əvvəlki Gəncədirmi? Haqsızlıqlara dözməyən, həmişə ədalət axtaran gəncəlilərin indi belə susmasının səbəbi nədir?
Alinovruzov: Gəncədə iki qrup gördüm - birincilər nəyin bahasına olursa, modernləşmək istəyir, razıdır. 2-ci qrup etiraz edir. Bu haqda yazacam. Gəncə hələ gözləyir. Çünki modernləşmə istəyir. Amma sonda istədiyi nəticəni görməsə pis partlaya bilər.
ArazOner: Sənə həyatda yaradıcılıq uğurları arzulayıram. Dağıdıcı yaradıcılığa necə baxırsan?
Alinovruzov: Dağıtmağa olan həvəs özü də yaradıcı həvəsdir - Passion for destruction is also a creative passion - Bakunin
Paramilli: 5-6 bloqun var, onların hamısını necə idarə edirsən? Ümumiyyətlə niyə belə çox bloq?
Alinovruzov: Hərdən mənə də elə gəlir çoxdur. Amma o bloqlar tematik/dil/auditoriya üzrə bölünüb, idarə etmək asandı.
Sahiloglu: Bloqqerlərimizin çoxu hisləriylə yazırlar, bu da hərdən bezdirici və iyrənc olur. Ağıl yoxsa hiss? Və nə üçün?
Alinovruzov: Məncə hər bloqqer ilk növbədə klaviaturası ilə yazmalıdır - ağıl da, hiss də ikincidir.
FaridHajiyev: Qəzet, TV, bloq, video, podkast,.... Bəs sonrakı mərhələ nə olacaq səncə?
Alinovruzov: İnternet və TV birləşəcək. Video məzmun dominant olacaq. Type yox, diktə edəcəyik, soft özü yazacaq. Biz yox, soft oxuyacaq.
Qedesbala: AFUda yaxınlarda nə vaxt mühazirən olacaq?
Alinovruzov: Mənim mühazirəm olmayacaq, mən təşkilati işlərə kömək edirəm. Həm də mühazirə üçün hazır deyiləm. Nədən danışacam ki orada?
“Getsin o günlər, bir də gəlməsin”
MajidHasanli: Siz Sovet vaxtından bloq yazırsız?
Alinovruzov: Sovet vaxtından yox, ondan da əvvəl. Hələ Müsavatın dövründə “podpolye”dən yazırdım :)
NarminNoqte: Ad günümdə mənə nə arzulayarsan? :)
Alinovruzov: Paho, ad günündü?! Təbriklər, can sağlığı, uzun ömür, ailə səadəti, var-dövlət, bol-bol like'lar, saysız-hesabsız follower'lər.
Paramilli: Bildiyimə görə mütaliən kifayət qədər yaxşıdı. Hazırda hansı kitabı oxuyursan? Yaxud da sonuncu hansı olub?
Alinovruzov: Hal-hazırda paralel iki kitab oxuyuram - Sergey Dovlatov "Zona" və İsmayıl Şıxlı "Ölən Dünyam". Hər ikisini yarılamışam.
Paramilli: 92-93-cü illər hakimiyyətinə necə baxırsan? =)) Niyə həmin vaxtlar bayıra çıxmaq olmurdu?
Alinovruzov: Hamısı AXC-Müsavat tandeminin səriştəsizliyindən. Elçibəy böyük adam idi, amma prezidentlik deyildi. Asıb-kəsməyi bacarmırdı. Getsin o günlər, bir də gəlməsin. Heyif deyil sabitlik. 24 saat evdən bayıra çıx, haçan istəsən.
Paramilli: 92-93 demişkən, Aydin Mirzəzadə yadıma düşdü. 92-93-də anadan olanlara münasibətin necədi? AXC-Müsavatın işləridi? =)
Alinovruzov: Əlbəttə. Onları dövləti düz idarə etsəydilər, camaat qorxmazdı, nəticəsi də bu olmazdı. Anlayanlara burada çox böyük hikmət var.
“Azərbaycanda oxuma problemi var”
AngryBabayev: смысл в АДА (Дипломатический Академии) есть? Т.е. нужен ли он нам сейчас? и есть ли от него толк? если есть - то какой :) Спс.
Alinovruzov: ADA Azərbaycanda deyil, ayrıca bir ADAdadı. Bir uzaq yaşıl ada söhbəti :)
Sahiloglu: Gənc biraz düşünə bilirsə və özündə etiraz etməyə güc tapırsa, siyasiləşir və siyasetçilərin oyuncağı olur. Bunun səbəbi nədir?
Alinovruzov: Düşünə bilən insan heç kəsin oyuncağı olmur, əksinə, indi düşünməyən, düşünmək istəməyən əhali hökumətin əlində oyuncaq olub.
Paramilli: Azərbaycan bloqosferində nə problemlər var? Bloqqerlərin yazıları, ümumi səviyyələri, sayı səni qane edir? Proses varmı?
Alinovruzov: Azərbaycanda ümumiyyətlə oxuma problemi var. Heç kim oxumur, nə kitab, nə qəzet, nə bloq. Amma hamı yazmaq istəyir. Yazanlar da oxumur!!
No comments:
Post a Comment