"Rejim dəyişən kimi ədəbiyyat qəbristanlığı olan AYB dərhal ləğv olunmalıdır"
Noyabrın 27-də “Twitterdə cavab verəcəm”in qonağı yazıçı, publisist Əli Əkbər olub. Yazıçı TWITTER sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.
Beyimhesenli (Bəyim Həsənli): Gənclərdən kiminsə blogunu oxuyursunuz, ya da ümumiyyətlə blog oxuyursunuzmu?
AlekperAliyev (Əli Əkbər): Hamısını oxuyuram. Ən azından çalışıram. Gözümdən qaçanlar da olur.
IlqarAbbas (İlqar Abbas): Amneziyanı necə qiymətləndirərdiz? Sizcə Amneziyanı güclü əsər hesab etmək olarmı?
AlekperAliyev: Öz kitabım haqqında xoş sözlər deyə bilmərəm. Kafi hesab edirəm.
KananAlizadeh(Kənan Əlizadə): Kitab haqqında ilk fikirlər necə oldu?
AlekperAliyev: Müxtəlif fikirlər var. Azərbaycanlılar dahidir!!! Kitabin üz qabığına görə kitabı söyürlər:-). Roman bir gündür çıxıb.
Azadgenclik(Azad Gənclik Təşkilatı): Təşkilatların fəaliyyətindən nə qədər razısız? nə məsləhət verərdiz?
AlekperAliyev: Müsbətdir. Gənclər arasında bizi söyən dahilər var:-). Axı hələ tezdir. Özlərini təsdiqin orijinal formalarını tapmalıdırlar:-). Ümumiyyətlə isə raziyam. Bir az daha çox oxumaq lazımdır. Oxumaqdan başqa şeylərə vaxt qalmamalıdır. Sizə qalan kitab olacaq.
Abayramov (Anar Bayramov): Sizcə saray yazıçısı dəyərli əsər qoya bilərmi ortaya?
AlekperAliyev: Yox
"Mental dəyərlərdən danışanlara heç bir kitab kömək etməz"
Pontipilat (Üzeyir Məmmədli): "Sarı Gəlin"də həm rejimin, həm də düşərgənin bu cür təsvirinə görə bir əks təpki gətiricəyini düşünmürsən ki, bəy?
AlekperAliyev: Uzaqbaşı, Rafiq kimi öldürəcəklər. Nəyim Rafiqdən artıqdır? Olsun.
IlqarAbbas: Sevdiyiniz bloqçu və yazıçı kimdir?
AlekperAliyev: Yerli yazarlardan Seymur Baycan, bloqçu isə Behram. Amma o hərbi xidmətdədir.
KananAlizadeh: Kitab mental dəyərlərə sadiq insanlara təsir edə bilərmi, sizcə?
AlekperAliyev: Mental dəyərlərdən danışanlar danabaşlardır. Onlara heç bir kitab kömək etməz.
Abayramov: Siyasətlə məşğul olmaq (məsələn, müxalif partiya üzvü olmaq) yaradıcılığa mane ola bilər sizcə?
AlekperAliyev: Partiya üzvlüyü siyasətlə məşğul olmağı şərtləndirmir.
"Rejim dəyişən kimi ədəbiyyat qəbristanlığı olan AYB dərhal ləğv olunmalıdır"
NarminNoqte (Nərmin Nöqtə): Nələrdən yazmaq olar və nələrdən yazmaq olmaz? Ümumiyyətlə, yazıçı özünə senzura qoymalıdırmı?
AlekperAliyev: Senzura exlaqsızlıqdır.
SamirAsadli (Samir Əsədli): Avroritar rejim getdi və demokratik düşərgə hakimiyyətə gəldi. Sizə AYB sədrliyi təklif olunsa, razılaşarsınızmı?
AlekperAliyev: Rejim dəyişən kimi ədəbiyyat qəbristanlığı olan AYB dərhal ləğv olunmalıdır.
VasifG (Vasif Qarayev): Bəy, kitabın satışını qadağan etsələr, sevinəcəksiniz yoxsa üzüləcəksiniz?
AlekperAliyev: Üzülərəm. Mənə oxucuya qovuşmaq lazımdır.
SaxavetSoltanli: Dostlar tərəfindən mənə ünvanlanan sualı: Sizə ünvanlayıram söyüşlərin bir qismini "tərbiyəli" sözlərlə əvəzləmək olardı?
AlekperAliyev: Nə zaman məndə əminlik yaransa ki hakimiyyət nümayəndələri əxlaqlıdır və ritorikaları mənim yazdığım kimi deyil, o zaman hə.
TapdigOvtansol: Sarı Gəlin olsaydız, Ələkbər kitabını yazardız?
AlekperAliyev: Yox. Şəbnəm Tapdığın dəcəllikləri haqqında yazmaq daha maraqlı olardı.
IlqarAbbas: Əli bəy, sizcə bizim cəmiyyətimizin düzəlməyinə ümid varmı?
AlekperAliyev: Əsas prosesdir, nəticə deyil.
pontipilat: Yazarın şəxsiyyətinin önəmi yoxdur, əsas olan onun yaradıclığıdır"
fikrinə münasibətiniz.
AlekperAliyev: Çox axmaq fikirdir.
"Ən çox sevdiyim pornstar "Peter North"dur"
Serxanmehdi (Sərxan Abdullayev): “Sarı Gəlin”də niyə bu qədər qəddarsız, heç acımırsız oxuculara? :))
AlekperAliyev: Azərbaycan reallığı bu romandan da qəddardır.
NarminNoqte: Özünüzdə ilk hansı çərçivəni qırmısınız?
AlekperAliyev: İlk dəfə qrup sekslə məşğul olanda. Maraqlı təcrübü idi.
Paramilli (Ülvi Həsənli): Viskini daha çox sevirsiz, yoxsa vodkanı?
AlekperAliyev: Vodka
nemnum (Nərmin Həsənli): Siyasi sığınacaq almaq əxlaqsızlıqdırmı?
AlekperAliyev: Əsla! Amma mənim ürəyimdə knopka var. Həmişəlik çıxıb gədənlər üçün darıxmıram. Onlar gedən kimi knopkanı basıram:-)
AlekperAliyev: Olub. Hətta bir neçəsi danışıb həyatlarını. Başa düşmüşəm ki, nəinki roman, heç bir cümlə də yazmaq olmaz.
KananAlizadeh: Kitab üzü oxucularınızda intim hisslər oyadacaq mı?
AlekperAliyev: Manyak oxucularda hətta orqazm da yaşana bilər.
Teymur_850 (Teymur İslamli): "Yazıçı hansısa mücərrəd arzu, istək naminə yox, varlanmaq xatirinə yazır" Heminqueyin bu fikri ilə razısınızmı?
AlekperAliyev: Müəyyən qədər razıyam. Həm varlanmaq, həm də şöhrət qazanmaq. Zatən biri o birini tamamlayır.
Paramilli: Ən çox sevdiyiniz 3 roman.
AlekperAliyev: Konkret cavabım yoxdur. Amma "День опричника" möhtəşəm romandır.
IlqarAbbas: Suallarıma cavab verdiyiniz üçün təşəkkür. Siz çağdaş ədəbiyyatımız ən yaxşı yazıçısız
AlekperAliyev: Bunu demək üçün hələ tezdir. Proses davam edir. Görək daha nələr və kimləri görəcəyik.
"Artuş və Zaur"a film çəkilməyini istəyərdim
NarminNoqte: Əsərlərinizdə bu nə cəsarət? həyatınız belə ucuzdur? Bu arada, cəsarətinizi də alqışlayıram! :)
AlekperAliyev: Cəsarətli olduğumu düşünürəm. Bu mənim təbiətimdir, xüsusi şey göstərib cəsarət nümayiş etdirmirəm.
OrxanATA: Ən sevdiyiniz film obrazı?
AlekperAliyev: "İt ürəyi" filmində “Doktor Preobrajensk”.
KananAlizadeh: Kitab satışı uğurlu gedir? :))
AlekperAliyev: Satışa hələ bu gün verilib. Amma təqdimatda 175 ədəd satıldı. Bu, rekorddur. Gənclərimizə minnətdaram.
RuslanAsad (Ruslan Əsəd): Yazınız da, özünüz də ictimailəşmisiniz. Yazına olan tənqidi reaksiya ilə, özünə olan tənqidi reaksiya nece fərqlənir?
AlekperAliyev: Tənqidləri edənin kimliyi mənim üçün çox önəmlidir. Dıydıq bir adamın sözləri dizimdən aşağı olur:-) Ləyaqət şərtdir!
Muntezir (Həbib Müntəzir): Bəy yazdığın romanlardan hansına film çəkilməyini istərdin? Bir də ən son izlədiyin maraqlı və məsləhət biləcəyin film?
AlekperAliyev: Artuş və Zaur :)
OrxanATA: Filmlərdə yazıçı obrazı izləməyi sevirsiz?
AlekperAliyev: Yox. O qədər də zövq almıram. Amma Virciniya Vulfun obrazı super yaradılıb.
Sakitoglu (Emil Bağırov): Mən hələ almamışam kitabı. Özümü günahkar hiss edirəm. Alıb üstümdə gəzdirəcəm, harda görüşsək bir imza atarsız :)
AlekperAliyev: Baş üstə, bey.
KananAlizadeh: Kitabın üzünü gizlədib evə aparanlara nə deyərdiz?
AlekperAliyev: Reallığı qəbul etdiyimə görə heç kəsi ittiham edə bilmərəm. Gizlətsələr də təki oxusunlar.
Ilkin_Alisoy: "Sarı Gəlin" romanı Avropada yaşayan dostlarımıza nə vaxt gəlib çatacaq? Bu məsələ çox aktualdır )))
AlekperAliyev: Bu işlə Ülvi Həsənli məşğul olur:-).
serxanmehdi: Cənnətdə günün xoş keçməsini vəd etsəydilər indi allaha inanardınız? :).
AlekperAliyev: Mən yalnız bu dünyada adam kimi yaşamaq istəyirəm. Nağıllara vaxt ayıra bilmərəm.
EzizKA (Əziz Kərimov): Azərbaycanda ilk yazarsız ki, "mən əclafam" kitabını yazmısız. Mənə maraqlıdır həyatda necə əclafsız?
AlekperAliyev: Anar Rzayev ele hesab edir. İndi özünüz baxın da.
"Seymur Baycan və Aygün Kazımova"
Sabinavagif (Sabina Vaqifqızı): Həyat həmşə belə olub?
AlekperAliyev: Mənim həyatım həmişə belə olub. Yəni çox maraqli :-)
M_fikrim (Mənim fikrim): Yazdığınız yazılara və əsərlərə görə həyat yoldaşınız sizi tənqid etmirki?
AlekperAliyev: Həyat yoldaşım mənə baş qoşmur. Öz həyatını yaşayır. Sadəcə oxuyur, bununla da hər şey bitir.
Paramilli: İstedadlı yazar, akyor və yaxud da musiqiçilərdən kimlər maraqlıdı sizinçün?
AlekperAliyev: Azərbaycanlı- Seymur Baycan və Aygün Kazımova
OrxanATA: Ən çox sevdiyiniz pornstar və aktrisa? )))
AlekperAliyev: Peter North. Aktrisa isə Qvinet Peltrou.
Bu sayfa Ali Ekberin Sayfası mıdır ?
ReplyDelete