Monday 23 July 2012

"İqtidar da, müxalifət də, xalq da..." || Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev
Photo by S.F.Ismayil
"Rüşvət verməmək ilk addımdır"


“Twitterdə cavab verəcəm”in növbəti qonağı keçmiş vicdan məhbus, gənc fəal Bəxtiyar Hacıyev olub. Bəxtiyar Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.

Şəhzadə Orucova: Təhsildə (xüsusilə ali məktəblərdə) rüşvət verməməklə kifayətlənib korrupsiyaya qarşı mübarizə aparmaq olar?
Bəxtiyar Hacıyev: Universitetlərdə rüşvət verməmək ilk addımdır. Amma kifayət deyil. İnsanları maarifləndirmək, sistemi, cəmiyyəti dəyişməliyik.

Ayuk Utopik: Sənə suallar bitməz tükənməz :))
Bəxtiyar Hacıyev: Suallar çoxdursa, o zaman "Əəəəə, bir-bir..." (copyright-T.Əhmədov)-:))

Ceyhun Məmmədli: Hacıyev, sizcə müxalifətin vahid namizədi kim olmalıdır? :)
Bəxtiyar Hacıyev: Müxalifətin vahid namizədi müxalifətin ən güclü şəxsi olmalıdır. Bunu isə ilkin seçkilər (premaries) ilə müəyyənləşdirmək olar.

İlham Aliyev: Əsgər nə vaxt gedirsiz?
Bəxtiyar Hacıyev: Lazım gələndə və müharibə başlayanda.