Showing posts with label azad gənclik. Show all posts
Showing posts with label azad gənclik. Show all posts

Thursday, 8 December 2011

"Senzura əxlaqsızlıqdır" || Əli Əkbər Twitter-də cavab verdi!

"Rejim dəyişən kimi ədəbiyyat qəbristanlığı olan AYB dərhal ləğv olunmalıdır"

Noyabrın 27-də “Twitterdə cavab verəcəm”in qonağı yazıçı, publisist Əli Əkbər olub. Yazıçı TWITTER sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.


Beyimhesenli (Bəyim Həsənli): Gənclərdən kiminsə blogunu oxuyursunuz, ya da ümumiyyətlə blog oxuyursunuzmu?

AlekperAliyev (Əli Əkbər): Hamısını oxuyuram. Ən azından çalışıram. Gözümdən qaçanlar da olur.

Tuesday, 22 November 2011

"Sözbaz adamlara seksual inqilab arzulayıram" || Orxan ATA Twitter-də cavab verdi!


Orxan ATA
"Guy Ritchie, Lars von Trier və Bertolucci"

Noyabrın 17-də “Twitterdə cavab verəcəm”in qonağı aktyor, “Bulistan Group”un təsisçilərindən biri Orxan ATA olub. Orxan TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.


Ziya Zamanli: Orxan, sən evdə harda yatırsan? (c) 
Orxan ATA: Xaladelnikdə 

Thursday, 3 November 2011

Müsavat dövründən “podpolye”də yazırdım || Əli Növruzov Twitter-də cavab verdi!

Əli Novruzov
"Düşünmək istəməyən əhali hökumətin oyuncağı olub"

Oktyabrın 3-də “Twitter-də cavab verəcəm”in qonağı bloqqer, yeni media mütəxəssisi Əli Novruzov olub. Əli  TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Müsahibənin redaktə olunmuş variantını sizə təqdim edirik.


FaridHajiyev: Siz twittere necə baxırsız? :)

Alinovruzov: Mən ümumiyyətlə Twitter'ə “Seesmic Desktop”un “interface”indən baxıram :)


Thursday, 13 October 2011

“Qadınları çiy sevərəm” || Araz Önər Twitter-də cavab verdi!


Araz Önər
Sentyabrın 30-da “Twitter-də cavab verəcəm”in qonağı bloqqer Araz Önər olub. Araz TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Müsahibənin redaktə olunmuş variantını sizə təqdim edirik.

Özümə qarşı ən böyük pislik deputatlığa namizədlik olardı 

OrkhanAbdulla: Seçim sənin olsaydı Azərbaycanda hansı rejimi təsis edərdin?
ArazOner: Liberal Demokratiya.

Zhale: Sən mənim üçün Liam Gallagher və ya Richard Ashcroft-un tayısan. Hər şeyi at get musiqi ilə məşğul ol. 
ArazOner: Yavaş yavaş öyrənirəm. Görək nə alınır. 

Orxan Abdulla: Hollandiyaya getdiyinə görə “sovetski” uşaqları ismarıc zad göndərməyiblər sənə?
ArazOner: Hamısının çoxlu salamı var, toylarında iştirak edə bilmədiyimə görə inciyənlər olub.

DadashSadiq: Səncə irəli döyər, yoxsa dalğa?