Thursday 8 December 2011

"Senzura əxlaqsızlıqdır" || Əli Əkbər Twitter-də cavab verdi!

"Rejim dəyişən kimi ədəbiyyat qəbristanlığı olan AYB dərhal ləğv olunmalıdır"

Noyabrın 27-də “Twitterdə cavab verəcəm”in qonağı yazıçı, publisist Əli Əkbər olub. Yazıçı TWITTER sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.


Beyimhesenli (Bəyim Həsənli): Gənclərdən kiminsə blogunu oxuyursunuz, ya da ümumiyyətlə blog oxuyursunuzmu?

AlekperAliyev (Əli Əkbər): Hamısını oxuyuram. Ən azından çalışıram. Gözümdən qaçanlar da olur.

Tuesday 22 November 2011

"Sözbaz adamlara seksual inqilab arzulayıram" || Orxan ATA Twitter-də cavab verdi!


Orxan ATA
"Guy Ritchie, Lars von Trier və Bertolucci"

Noyabrın 17-də “Twitterdə cavab verəcəm”in qonağı aktyor, “Bulistan Group”un təsisçilərindən biri Orxan ATA olub. Orxan TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.


Ziya Zamanli: Orxan, sən evdə harda yatırsan? (c) 
Orxan ATA: Xaladelnikdə 

Thursday 3 November 2011

Müsavat dövründən “podpolye”də yazırdım || Əli Növruzov Twitter-də cavab verdi!

Əli Novruzov
"Düşünmək istəməyən əhali hökumətin oyuncağı olub"

Oktyabrın 3-də “Twitter-də cavab verəcəm”in qonağı bloqqer, yeni media mütəxəssisi Əli Novruzov olub. Əli  TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Müsahibənin redaktə olunmuş variantını sizə təqdim edirik.


FaridHajiyev: Siz twittere necə baxırsız? :)

Alinovruzov: Mən ümumiyyətlə Twitter'ə Seesmic Desktop”un “interface”indən baxıram :)


Thursday 27 October 2011

Səfir Beytman Twitterdə cavab verdi! || Siyasi məhbuslar diqqətimizdədir

Peter Bateman
Oktyabrın 27-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman (Peter Bateman) "Twitter"də suallara cavab verib. Twitter artıq sərhədləri götürür və sosial şəbəkələrdə rəsmi şəxslərlə asanlıqla ünsiyyət yaratmaq olar. Səfirin "Twitter"də online suallara cavab verməsi buna bir nümunədir. Sual-cavabı sizlərə təqdim edirik.

London Olimpiyadaları üçün viza kvotası olmayacaq

Nərmin Rəhimli: Cənab Səfir, sizə Azərbaycanda uğurlar arzu edirəm. Həbsdə olan gənc siyasi məhbuslara baş çəkməyi düşünürsünüz mü?

Thursday 13 October 2011

“Qadınları çiy sevərəm” || Araz Önər Twitter-də cavab verdi!


Araz Önər
Sentyabrın 30-da “Twitter-də cavab verəcəm”in qonağı bloqqer Araz Önər olub. Araz TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Müsahibənin redaktə olunmuş variantını sizə təqdim edirik.

Özümə qarşı ən böyük pislik deputatlığa namizədlik olardı 

OrkhanAbdulla: Seçim sənin olsaydı Azərbaycanda hansı rejimi təsis edərdin?
ArazOner: Liberal Demokratiya.

Zhale: Sən mənim üçün Liam Gallagher və ya Richard Ashcroft-un tayısan. Hər şeyi at get musiqi ilə məşğul ol. 
ArazOner: Yavaş yavaş öyrənirəm. Görək nə alınır. 

Orxan Abdulla: Hollandiyaya getdiyinə görə “sovetski” uşaqları ismarıc zad göndərməyiblər sənə?
ArazOner: Hamısının çoxlu salamı var, toylarında iştirak edə bilmədiyimə görə inciyənlər olub.

DadashSadiq: Səncə irəli döyər, yoxsa dalğa?

Monday 3 October 2011

Turxan Qarışqa Twitter-də cavab verdi

Turxan Qarışqa
 Mənim canım kitabdadır

Sentyabrın 18-də “Twitter-də cavab verəcəm”in qonağı fotoreportyor, bloqqer Turxan Qarışqa olub. Müsahibimiz TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Müsahibənin redaktə olunmuş variantını sizə təqdim edirik.

- Paramilli: Axşamın xeyir. Xalqın balalarının suallarına cavab verirsən? 
- turkhankarim: Sorry, yeməkdə idim... Hə.

- Turan_50: Doğum günü bayram günlərinə düşənlər sənə heç acıq veriblər?

Thursday 15 September 2011

Mehman Hüseynov Twitter-də cavab verdi

Mehman Hüseynov

"Mən həmişə xalqın içində olmalıyam"  

  

Keçən həftə (8 sentyabr) “Twitter-də cavab verəcəm”in qonağı fotoreportyor Mehman Hüseynov oldu. Müsahibimiz twitter sosial şəbəkəsində gənclərin suallarını cavablandırdı. Müsahibənin redaktə olunmuş variantını siz təqdim edirik.




  -   ElxanHacizade: #twitterdecavabverecem-2 çəkəcəksiz?

  -   Mehman_Huseynov: Bəli! Kimlər o videoda iştirak etmək istəyəcək, onlar müsabiqə yolu ilə seçiləcək.

-  Turkhankarim: Sizin üçün 31 və 69 rəqəmlərinin