Monday 23 July 2012

"İqtidar da, müxalifət də, xalq da..." || Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev
Photo by S.F.Ismayil
"Rüşvət verməmək ilk addımdır"


“Twitterdə cavab verəcəm”in növbəti qonağı keçmiş vicdan məhbus, gənc fəal Bəxtiyar Hacıyev olub. Bəxtiyar Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.

Şəhzadə Orucova: Təhsildə (xüsusilə ali məktəblərdə) rüşvət verməməklə kifayətlənib korrupsiyaya qarşı mübarizə aparmaq olar?
Bəxtiyar Hacıyev: Universitetlərdə rüşvət verməmək ilk addımdır. Amma kifayət deyil. İnsanları maarifləndirmək, sistemi, cəmiyyəti dəyişməliyik.

Ayuk Utopik: Sənə suallar bitməz tükənməz :))
Bəxtiyar Hacıyev: Suallar çoxdursa, o zaman "Əəəəə, bir-bir..." (copyright-T.Əhmədov)-:))

Ceyhun Məmmədli: Hacıyev, sizcə müxalifətin vahid namizədi kim olmalıdır? :)
Bəxtiyar Hacıyev: Müxalifətin vahid namizədi müxalifətin ən güclü şəxsi olmalıdır. Bunu isə ilkin seçkilər (premaries) ilə müəyyənləşdirmək olar.

İlham Aliyev: Əsgər nə vaxt gedirsiz?
Bəxtiyar Hacıyev: Lazım gələndə və müharibə başlayanda.

Monday 25 June 2012

"Bütün sistem çürükdür" || Adnan Hacızadə


Adnan Hacızadə
"Mən musiqiyə qulaq asmıram"

“Twitterdə cavab verəcəm”in növbəti qonağı keçmiş siyasi məhbus, gənc bloqqer, OL! Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadə olub. Adnan Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.

Məcid Həsənli: Salam Adnan. xoş gördük
Adnan Hacızadə: Xoş bulduk. Sən olmayanda bir-iki dənə suala cavab vermişəm artıq.

Məcid Həsənli: Bizim bu layihəmizi necə qiymətləndirəsən?
Adnan Hacızadə: Möhtəşəm... Geniş ictimaiyyət arasında yaymaq lazımdır. Qəzetlərdə elan olsaydı həm adam çox olardı həm də Tvitterçilər artar.


Anar Bayramov: Bəy, sizcə bizdə tam müstəqil (partiyalara bağlı olmayan) gənclər təşkilatı olmasına nə mane olur? Nisbətən müstəqili N!da-dır.
Adnan Hacızadə: Heç nə mane olmur və belə təşkilatlar var. OL!, NİDA, Azad Gənclik, Müsbət Dəyişiklik və s.

Thursday 19 January 2012

"Bakı – açıq luklar, bakirə qızlar" || Camal Əli // FOTO



Camal Əli
“Lotoreya oynamışıq, udub təzə kinolar çəkəcəyik


Dekabrın 22-də “Twitterdə cavab verəcəm”in qonağı "Bulistan Group"un üzvü, musiqiçi Camal Əli olub. Camal TWITTER sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.


IsmayilNur (Anti-mental): Azərbaycan nə vaxtsa seksual inqilab olacağına inanırsan? :)
JamalAliBaku: Seks? Oh yeah...

Paramilli: Facebookdan bir nəfər: Camal Ali həqiqətən ateistdir?
JamalAliBaku: söhbəti yox ki...

Paramilli: HOST-un üzvləri ilə indi münasibətin var?
JamalAliBaku: Görüşmək istəyəndə görüşürük