Tuesday 22 November 2011

"Sözbaz adamlara seksual inqilab arzulayıram" || Orxan ATA Twitter-də cavab verdi!


Orxan ATA
"Guy Ritchie, Lars von Trier və Bertolucci"

Noyabrın 17-də “Twitterdə cavab verəcəm”in qonağı aktyor, “Bulistan Group”un təsisçilərindən biri Orxan ATA olub. Orxan TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.


Ziya Zamanli: Orxan, sən evdə harda yatırsan? (c) 
Orxan ATA: Xaladelnikdə 



Məcid Həsənli: Salam. Özünüzü qısaca təqdim edin zəhmət olmasa
Orxan ATA:  Bu millətə baba yox, ata lazımdı!

Asim Əhmədzadə: Səncə, yaxşı oqlan twitter-ə girər?
Orxan ATA: Ağzınıda cırar ))

Nərmin Həsənli: Sözbazlara tvitterdən nə deyə bilərsən?
Orxan ATA: Sexual revolution arzulayiram onlara.

Ülvi Həsənli: Bu yaxınlarda eşitdim türk seriallarının birində mafioz rolu oynamısan. Düzdür? Kadrlara baxa bilərik? =)) 
Orxan ATA: Düzdü, “Arka sokaklar”, 200-cü seriya.

"Ən çox sevdiyim Azərbaycan filmi "Ölsəm bağışla" filmidir"

Əli Əkbər: Deyirlər sən peyğəmbər olmusan. Düz xəbərdi?
Orxan ATA: Bu haqda ayrıca açıqlama edəcəm.

Firudin Allahverdi: Sənin etrafında sıx birləşə bilərikmi?
Orxan ATA: Hər zaman ))).

Araz Önérovič: Amsterdama nə zaman gəlirsən?
Orxan ATA: Bəy, sizə böyük hörmətim var. Pasport alan kimi.

Asim Əhmədzadə: Dirçəliş günün mübarək. Səncə nə qədər dirçəlmişik?
Orxan ATA:  Biraz.

Ülvi Həsənli: Bulistan niyə dayanan fasona oxşayır?
Orxan ATA: Fırtına öncəsi səssizlik. 

Asim Əhmədzadə: Ən sevdiyin Azərbaycan filmi hansıdır? 
Orxan ATA: Ölsəm bağışla.


"Özümü daha çox aktyor kimi görmək istəyirəm"

Ülvi Həsənli: Özünü daha çox aktyor kimi, yoxsa rejissor kimi görmək istəyirsən? 
Orxan ATA: Aktyor kimi.

Ziya Zamanlı: Ən çox daş atmağı arzuladığın şüşə hansıdı? 
Orxan ATA: McDonalds ))).

Ülvi Həsənli: Nə ilə sındırmaq istəyirsən? =))) 
Orxan ATA: Daş olsa əla olar ))

Asim Əhmədzadə: Azərbaycan gəncliyin üç kəlmə ilə anlatmak zorunda qalsan hansılar olar o kəlmələr? 
Orxan ATA: Azərbaycan Demokratik Respublikası ))).

Ülvi Həsənli: Ən çox sevdiyin 3 rejissoru sadalaya bilərsən?
Orxan ATA: Guy Ritchie, Lars von Trier, Bertolucci.


"BulistanGroup daha ciddi mərhələyə keçib"


İlham Alıyev: Paltarlarını hardan alırsan?
Orxan ATA: Bakıda çox alternativ yoxdu, ona görə Amerikadan alıb gətirmişəm kalan ))).

Süleymanovič: Gələcəyini haralarda görürsən?
Orxan ATA: Amerikada!



Mansur Talıblı: Nanəli pivə içmisən?
Orxan ATA: Yox, ama limonlu içmişəm.


Cavid IbadNiyə qonaqlar verilişi davam etmir? 
Orxan ATABulistanGroup daha ciddi mərhələyə keçib.


Süleymanovič: Bəs səncə gənclərimiz öz vətənimizdəmi, yoxsa xaricdəmi təhsil alsa daha verimli olar? 
Orxan ATAHansı verməyi deyirsen? ))


"Ən çətini teatrdı"


Asim Əhmədzadə: Ən sevdiyin personaj hansıdır?
Orxan ATA: Scarface - Tony Montana. 

Ülvi Həsənli: Azərbaycan təhsili səncə nəyə oxşayır?
Orxan ATA: Başı insan, götü kərtənkələ ))).

İntiqam Həsənli: Sizin qıdınız var? 
Orxan ATA: Biraz.

İlham Alıyev: nim ölkəm də gözəldi. Oxşar video izləsəm-dostlarım Bulistanın plagiatı deyirlər. Niyə bu qədər çox sevildiz?
Orxan ATA: Çünki çox səmimiyik.

İntiqam Həsənli: Ordan baxanda hara görünür?
Orxan ATA: Ordan baxanda "hara" görünür?

İlham Alıyev: Aktyor üçün teatrda oynamaq çətindi, yoxsa film, serialda? Niyə?
Orxan ATA: Ən çətini teatrdı, çünki canlı performans göstərirsən.

İlham Alıyev: Daha çox hansını sevirsən? Teatr, kino? 
Orxan ATA: İkisini də çox sevirem, amma kinodan dəhşət zövq aliram.

Asim Əhmədzadə: Bulistanın çəkilişi ilə Pinqvin eyni vaxta düşsəydi hansını seçərdin? 
Orxan ATA: Bu suala cavab vermirem, çünki ikisidə mənim ilk işimdi.


"Amerika bir nömrədi"


İlham Alıyev: Oynayarkən daha çox iş,yoxsa zövq ön planda olur?
Orxan ATA: vq.

Asim Əhmədzadə: Həyatda ən çox nədən zövq ala bilərsən.
Orxan ATA: Sex =).

Ülvi Həsənli: Türkiyədə təhsil yaxşı idi, yoxsa Amerikada? 
Orxan ATA: Amerika bir nömrədi mənə görə.

Nicat Rəhimli: Google'da ən çox axtardığın söz? :) 
Orxan ATA: Aktrisa və maniken adları olur adətən.


Asim Əhmədzadə: Amerikadan Sara vardi ee, səni çoxlu maç eliyir. Çox istiyir. Dedi bunu denən. Özü twit eliyə bilmədi )).
Orxan ATA: Məndə onu çox istiyirəm.

Ülvi Həsənli: Təşəkkür edirik sualları cavablandırdığın üçün, ATA! =) 19-u görüşənədək, uğurlar! 
Orxan ATA: Sizi sevirəm əzizlərim ))))). Bir xahişim var ki, tez tez party eliyin.  

No comments:

Post a Comment