Turxan Qarışqa |
Sentyabrın 18-də “Twitter-də cavab verəcəm”in qonağı fotoreportyor, bloqqer Turxan Qarışqa olub. Müsahibimiz TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Müsahibənin redaktə olunmuş variantını sizə təqdim edirik.
- Paramilli: Axşamın xeyir. Xalqın balalarının suallarına cavab verirsən?
- Turan_50: Doğum günü bayram günlərinə düşənlər sənə heç acıq veriblər?
- turkhankarim: Ad günüm 20 Yanvardadır. Yasa düşüb hər dəfə...
Özüm burdururam saçımı
- nemnum (Nərmin Həsənli): Saçlarına sataşanda əsəbləşirsən? Bir də kəsdirmək fikrin yoxdur?
- turkhankarim: Dostlar sataşanda hirslənmirəm... Hələ ki, kəsdirmək fikirim yoxdur. Özüm burdururam saçımı :)))
- nemnum: Vika burdurdu, mən də sabah edirəm. Yeni qarışqalar gəlir!
- turkhankarim: Burdura, burdura gəzirəm... Hallana- hallana gəzirəm…
- SamirAsadli (Samir Əsədli): Sən ərəb inqlablarının başlamasının səbəbkarlarındansan, bəs Azərbaycanda səbəbkar nə zaman olacaqsan
- Turkhankarim: Axşam vaxtı çox ağır sualdır... Amma cəmiyyət dəyişiklik istəyir.
- cafevi_ (Lamiya Mardan): Oğurluğa getmək üçün məsləhətli şaftalı bağı var? :)
- turkhankarim: Şaftalını it kimi sevirəm... Bağ tanımıram, olsa amma oğurlayardım! Şaftalı üçün ölürəm! J
- Paramilli: 2005-ci ildəki gənclərlə indiki gənclər arasındakı hansısa fərq görürsənmi?
- turkhankarim: İndiki gənclər əjdahadır və mən indiki uşaqlarla fəxr edirəm! Ciddi deyirəm! Əjdaha gənclik var!
- AyselSaday (Saday Aysel): Balkonsuz polislərə necə baxırsan?
- turkhankarim: Kişi balkonlu olmalıdır, illah da polis! Balkonsuz polis tualetsiz ev kimi bir şeydir.
Qlamur çox olarsa, basılmaz vətən!
- Turan_50 (Turan Yusifzadə): Hansı kitabın tərcüməsi üzərində işləyirsiz indi?
- turkhankarim: Dostlarla birgə edirik tərcümələri. Bir kitab yaxınlarda çıxır. Əlavə də 3 kitab olacaq.
- EtibarSalmanli: heç nə vaxtsa kimin üçünsə qorxmusan?
- turkhankarim: Başqalarının "Çujoy paxmel" söhbətindən hər zaman qorxmuşam...
- Paramilli: Əlinə fotoaparat alıb, ancaq qlamur şəkillər çəkən gənclərə nə sözün var?
- turkhankarim: Əvvəl hirslənirdim... İndi normaldı artıq. Qlamur çox olarsa, basılmaz vətən!
- MajidHasanli: İkinci dəfə dünyaya gələrdin? Əgər gəlseydin kim olmaq istəyərdin? :)
- turkhankarim: Yox! Nə edirəm ikinci dəfə dünyaya gəlib? Mənasız şeydi.
- Paramilli: Mehmana da verilmişdi bu sual: Elə olub mitinqdə kameranı kənara qoyub qışqırmaq istəmisən? =))
- turkhankarim: Hə... Çingiz Mustafayev kimi.
- MajidHasanli: Turxan, mənim blogumun səhifəsini FB profilində niyə reklam eləmirsən?
- turkhankarim: Mənim FB profilim çox baxılır. Vaxt gələcək səni də reklam edəcəyik!
Müharibə reportyoru olmaq istəyirəm və olacam!
- Paramilli: Özünü daha çox hansı peşənin sahibi hesab edirsən?
- turkhankarim: Müharibə reportyoru olmaq istiyirəm və olacam!
- NarminNoqte: Divin canı şüşədədir, bəs Turxanın?
- turkhankarim: Mənim canım kitabdadır!
- Turan_50: musiqi duyumun ela, söz yox. Bəs hansısa alətdə ifa edə bilirsən?
- turkhankarim: Mən “drummer”əm! Gitara və skripkanı isə indi öyrənməyə başlamışam... Pis getmir hele ki :)
- Paramilli: Bəzən xalqların azadlıq inqilablarını Amerika imprialimzinin oyunu adlandırırlar. Niyə?
- turkhankarim: ABŞ-da hamısı kimi bir bezin qırağıdır... Sadəcə pislərin içində ən yaxşı ABŞ-dır.
- NarminNoqte (Nərmin Nəbiyeva): Yazılarından ibarət fotoalbomu sənə mütləq göstərəcəm. sənin və samışın yazısıyla "böyümüşəm". Təşəkkür.
- turkhankarim: Büyük adamsın! Öpür qaqası!
- Paramilli: Ölkənin gələcəyi üçün gəncliyinin hazırda ən vacib etməli olduğu nədir?
- turkhankarim: Qoca Buddayam bu suala cavab verim? Lazım olan bütün işlər bir- bir görüləcək!
- EtibarSalmanli (Etibar Salmanlı): Arada niyə gəlmirsən “zalatoy” oğlanların məkanına?
- turkhankarim: Gələcəm... Çoxdandı gəlmirəm
Mehman Hüseynov, Turxan Qarışqa, Hacı Hacıyev |
Nə quş buraxdı, nə Rauf! Təkər buraxdı
- Mehman_Huseynov (Mehman Hüseynov): Sualım belədir, səncə Rauf Mərdiyev bloqosferdə quş buraxdı, yoxsa özünü buraxdı?
- turkhankarim: Nə quş buraxdı, nə Rauf! Təkər buraxdı.
- EzizKA (Əziz Elxanoğlu): saçını nə vaxt kəsdirəcəksən?
- turkhankarim: Yaxın aylarda
- Paramilli (Ülvi Həsənli): Sualları cavablandırdığına görə təşəkkür Turxan!
- turkhankarim (Turxan Kərimov): Getdim yatmağa... Öpeyrem hammını!
- nemnum (Nərmin Həsənli): Saçlarına sataşanda əsəbləşirsən? Bir də kəsdirmək fikrin yoxdur?
ReplyDelete- turkhankarim: Dostlar sataşanda hirslənmirəm... Hələ ki, kəsdirmək fikirim yoxdur.
- EzizKA (Əziz Elxanoğlu): saçını nə vaxt kəsdirəcəksən?
- turkhankarim: Yaxın aylarda.
:D
Yemək ilə yatmaq arasında söhbət :)
ReplyDelete