![]() |
Adnan Hacızadə |
"Mən musiqiyə qulaq asmıram"
“Twitterdə cavab verəcəm”in növbəti qonağı keçmiş siyasi məhbus, gənc bloqqer, OL! Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadə olub. Adnan Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.
Məcid Həsənli: Salam Adnan. xoş gördük
Adnan Hacızadə: Xoş bulduk. Sən olmayanda bir-iki dənə suala cavab vermişəm artıq.
Məcid Həsənli: Bizim bu layihəmizi necə qiymətləndirəsən?
Adnan Hacızadə: Möhtəşəm... Geniş ictimaiyyət arasında yaymaq lazımdır. Qəzetlərdə elan olsaydı həm adam çox olardı həm də Tvitterçilər artar.
Anar Bayramov: Bəy, sizcə bizdə tam müstəqil (partiyalara bağlı olmayan) gənclər təşkilatı olmasına nə mane olur? Nisbətən müstəqili N!da-dır.
Adnan Hacızadə: Heç nə mane olmur və belə təşkilatlar var. OL!, NİDA, Azad Gənclik, Müsbət Dəyişiklik və s.
Anar Bayramov: "Müsbət dəyişiklik"i unutmuşdum, düzdür.
Sənan Süleymanov: OL! və MD hə,
digər ikisi isə o qədər də yox.
Adnan Hacızadə: OL!-un yaxınlığı görünmür? Ya OL!-un özü görünmür?
Sənan Süleymanov: yaxınlığı
görünmür. Özünü mən görürəm :)
Anar Bayramov: OL!-un özü. Son 2-3 ildə görünmür. OL!-un müstəqil olduğuna inanıram amma.
Adnan Hacızadə: Azad Fikir Universiteti layihəsi haqqında eşidmisiniz? Bəs Young Vision? Bəs İctimai Fəallıq Şəbəkəsi? OL!-un layihələridir.
Adnan Hacızadə: Bəli? biz belə şeylərlə məşğuluq.
Adnan Hacızadə: Güman edirəm ki, başqa insanların bu treyninqə daha çox ehtiyacı var idi, çünki sən artıq yetərincə ictimai və siyasi fəalsan. İFŞ seçmə prossesində iştirak eləməmişəm, daha çox koordinasiya işini aparıram.
![]() |
Adnan Hacızadə - Azadlıq Radiosu |
Anar Eminbəyli: Kimliyini
tanımlarsan özünü daha çox qərbli, yoxsa şərqli, ya da necə görürsən?
Adnan Hacızadə: Belə ayırım görəndə sözsüz ki, Yer kürəsinin vətəndaşı
kimi özümü görürəm.
Kənan Əli: Xalqın azadlığı, yoxsa fərdi azadlığı. Bunlardan hansı daha vacibdi?
Adnan Hacızadə: Baxır kimin üçün, ikisi də eyni dərəcədə vacibdir. Elə insan var ki, xalqın azadlığı naminə öz azadlığından keçər... Türmədə yatar, döyülər və s. Amma eləsi də var ki, öz azadlığını (hansı ki mücərrəd məfhumdur) daha üstün tutar. Xalqımız azad olmayana qədər bir fərd kimi çətin ola bilərik. Özünü azad sayanla illyuziya içində yaşayır.
Raşad İrəcsoy: İctimai sektorda olan gənclərə nə məsləhətlər görərdiz?
Adnan Hacızadə: Gənclər deyəndə ki, mən də özümü gənc hesab edirəm.
Sizə planlı hərəkət və hərəkat arzulayardım. Körtəbiilikdən əlçəkmək lazımdır.
Dəqiq bilmək lazımdır ki, hədəf nədir, o hədəfə çatmaq üçün nə etmək
lazımdır və necə. Bunun üçün çoxlu təcrübə və mütaliyyə lazım. Aksiya xətrinə aksiya, fləşmob xətrinə
fləşmob olmamalıdır. Hər tədbirdən sonra qiymətləndirmə aparılmalıdır ki, yaxşı
olsun
Raşad İrəcsoy: Hədəfimiz
bəllidir. Bu yolda da çalışırıq addımlayaq. Mütaliə etmək üçün də çalışıram
əlimdən gəldikcə çox kitab oxuyum.
Adnan Hacızadə: Əccəb eliyirsən.
Ulduz Məmmədova: Böyüyəndə nə
olmaq istiyirdin? :)
Adnan Hacızadə: Heçnə. Nə indi nə
də böyüyündə dəqiq bilmirdim ki, nə olmaq istəyirəm. Bu məsələlərdə qərarsızam.
Kənan Əli: Əvvəlcədən hazırlanmış oyunlar, xəyal yaradıcılığı, yoxsa nə? Bu prosesi necə adlandırardın?
Adnan Hacızadə: Hansı prossesi? sualı anlamadım.
"Jamal Ali və Cirttanın musiqilərini çox bəyənirəm"
Adnan Hacızadə: Bu prosses Azərbaycan vətəndaşlarının üçüncü oyanışı adlandırardım. 1. İstiqlal 2. Suverenlik 3. Demokratiya və İnsan Haqları
Cavid Həsənov: Bu işlərin axırı nə olacaq?
Adnan Hacızadə: Axırı yaxşı olacaq, prosto ortası bir az çətin olacaq.
Raşad İrəcsoy: Mənim təhqir etməkdən xoşum gəlmir, amma eləsidə varki nə
desən boşdur. Boş qazandır, başları içindəki də dəmir-dümür toplusu.
Adnan Hacızadə: Boş elə boş
qalacaq, düzələn deyil.. boşu boş vermək lazım
Elçin Məmmədov: AGT formatlı QHT-lərdə bəyənmədiyiniz nəsə var?
Adnan Hacızadə: AGT-nin formatı
haqqında dəqiq məlumatım yoxdur. Mahiyyət baxımından AGT, N!DA və MD eyni tip
gənclərdir, eyni şey istəyir və məqsədləri də eynidi. Zatən indi bir çətir
altındadi.
Məcid Həsənli: AGT, N!DA və MD hansı çətir altındadı?
Adnan Hacızadə: "Gənclərin Hüquqlarının Müdafiəsi Komitəsi" çətirinin
altında
Turan Yusifova: Fotoşok şəkillər görmürük daha, səhərlər vaxt olmur?
Adnan Hacızadə: Bəli.... Həm də ilham yoxdur. Nədənsə.
Ulduz Memmedova: Orta statistik azerbaycanlı kimdir?
Adnan Hacızadə: Elə Orta Statistik
Azərbaycanlıdır :) Həm də mənim dostum. Çox danışırdı... Dedim ki, hər şeydən
başın çıxırsa, çıx xalq önünə.
Cavid Həsənov: Özünü yazıçı adlandırıb, bütün günü
qadınların problemləri ilə məşğul olanlara münasibətin necədi? Bəlli şəxslərdən
gedir söhbət
Adnan Hacızadə: Cavid bəy, icazə
verin mən belə suallara cavab verməyim. İnsanın adını çəkin mən də fikrimi
bildirim.
"İnsanlar irrasionaldır, bir dənə göysatanın özünün yandırması ilə dünya bir-birinə dəydi..."
Cavid Həsənov: Seymur Baycan,
Əli Əkbər...
Adnan Hacızadə: Nə deyim,
yazmamaqdansa yazsınlar. Məsələn, mən kitab, bloq yazmıram, tənbələm, amma
onlar yazırlar, ona görə də onları qınamıram..
İkisini də şəxsən tanıyıram, düşünürəm ki onlar bu epotaj yolu ilə
Azərbaycan qadınını qıcıqlandırmaq və oyatmaq istəyirlər.
Nurlan Əhmadgil: Planlarınızda yeni proyektlər varmı?
Adnan Hacızadə: Var, amma
açıqlamayacam.
Adnan Hacızadə: Ümid edirəm ki, yox. Hələ dayan görək 2020-də nə olur... Asan iş deyil.
Azər Aydın: 2003-05-ci illərdə 50-100 minlik kütlə ilə inqilab alınmadısa...
Adnan Hacızadə: Bu işdə rəqəmlər
rol oynamır. İnsanlar irrasionaldır, bir dənə göysatanın özünün yandırması ilə
dünya bir-birinə dəydi...
Azər Aydın: Hocam, yeni işi
qismətə buraxaq deyirsən? :)
Adnan Hacızadə: Xeyr, amma
qismətin rolunu da unutmaq lazım deyil. NƏRD kimi. Şeş-qoşanı gözləsən
uduzacaqsan, daşları elə qur ki, hazır olasan
Adnan Hacızadə: Azər bəy, sualı konkretləşdirə bilərsiniz?
"İnqilablarda rəqəmlər rol oynamır"
Azər Aydın: Bu il 20-ci Sahəyə mitinqə razı olurdunsa, keçən il
mərkəzdə xod gedib, bir para o qədər insanın həbsinə "şərait" yaradan
müxalifətin bu əməli haqqında nə düşünürsən? Hakimiyyətinə "əlinə
oynamaq" deyilmi bu?
Azər Aydın: Adnan bəy, mən "SİZ"dən deyiləm. i`m
from - Ideaclub.info
Adnan Hacızadə: Cool. Mən səni
N!DAçı bilirdim. Hər halda onların daha dolğun cavabı olmalıdır bu barədə.
Azər Aydın: Bəlkə də. Şad oldum
Adnan, çox sağol! :)
Cavid Həsənov: Təhsilimiz nə vaxt düzələcək və bunun çarəsini nədə
görürsüz?
H. Heydərov təhsil sistemimizi necə dəyişdirə bilərik bəs? Mənim
düşüncəmdə ən böyük problem təhsil sistemimizdi.
Adnan Hacızadə: Problem tək
təhsildə deyil axı, bütün sistem çürükdür. Kompleks yanaşma lazımdır ki,
problemlər həll olsun.
Nurlan Əhmadgil: Sizcə bacarıqlarınıza görə passiv deyilsiz?
Adnan Hacızadə: Passivəm. Fiziki
cəhətdən enerjim çatmır, tez yoruluram.
"Loser o insandır ki, yer kürəsinə gəlməsi ilə getməsi arasında heç bir fərq olmur"
Cavid Həsənov: Azərbaycan
musiqisinə qulaq asırsız? Asırsızsa hansılara? Fərqi yoxdu təzə köhnə.
Adnan Hacızadə: Mən musiqiyə
qulaq asmıram. Eşidəndə eşidirəm. Jamal Ali və Cirttanın musiqilərini çox
bəyənirəm.
Elnur Malikbəyli: Sizi internetdən tanıyan gənclərin çox hissəsi sizin
haqqınızda, sizcə nə fikirdədirlər?
Adnan Hacızadə: Ateist, mentalitetə məhəl qoymayan... Bilmirəm. Çətin
sualdır. Bəlkə soruşaq? Ay Camahat haqqımda nə fikirdəsiz?
Cavid Həsənov: Sizə görə hansı insan Loser, hansı Winner-di? Ətraflı
cavab versəz yaxşı olar. Təşəkkürlər cavablar üçün.
Adnan Hacızadə: Winner o insandır ki, xoşbəxtdir. Və xoşbəxtliyi
başqalarının bədbəxtliyindən, başqaları əzməkdən və onların çörəyinə bais
olmaqdan keçmir. Loser isə elə insandır ki, onun bu yer kürəsinə gəlməsi ilə
getməsi arasında heç bir fərq olmur, yəni heç bir yenilik gətirmir, heç nə
yaratmır, heç nəyi dəyişdirmir.
Şahnaz Həsənova: Azərbaycanda ən böyük cinayət uşaq dünyaya
gətirməkdir? Dostlarınızdan hansınınsa yazısında bunu sizin dediyinizi
oxumuşdum
Adnan Hacızadə: Ola bilər :) Link
göndərsəz lap super olar. Hərdən bir küçə ilə gedib vahiməyə düşürəm ki, mənim
uşağım bu şəhərdə yaşayacaq???
Ulduz Məmmədova: Özünə hansı sualı verərdin? :)
Adnan Hacızadə: Bundan sonra nə
edəcəksən həyatında? bax bu sualı verərdim.

Ulduz Məmmədova: Bundan sonra nə edəcəksən?
Adnan Hacızadə: Yaşayıb, xoşbəxt
olmağa çalışacam.
Ulduz Məmmədova: Ela! Twitterde
cavab verecəmdə iştrak etdiyin üçün təşəkkür! :)
No comments:
Post a Comment