Mehman Hüseynov |
"Mən həmişə xalqın içində olmalıyam"
Keçən həftə (8 sentyabr) “Twitter-də cavab verəcəm”in qonağı fotoreportyor Mehman Hüseynov oldu. Müsahibimiz twitter sosial şəbəkəsində gənclərin suallarını cavablandırdı. Müsahibənin redaktə olunmuş variantını siz təqdim edirik.
- ElxanHacizade: #twitterdecavabverecem-2 çəkəcəksiz?
- Mehman_Huseynov: Bəli! Kimlər o videoda iştirak etmək istəyəcək, onlar müsabiqə yolu ilə seçiləcək.
- Turkhankarim: Sizin üçün 31 və 69 rəqəmlərinin m
ənası nədir?- Mehman_Huseynov: Sevirəm hər iki rəqəmi =)
ənası nədir?- Mehman_Huseynov: Sevirəm hər iki rəqəmi =)
- Paramilli: Neçə ildi foto-reportyor kimi fəaliyyət göstərirsən? Təcrübən nə qədərdir?
- Mehman_Huseynov: Artıq 6 ildir :).
- NarminNoqte: Çəkdiklərin insanlara nələr çəkdirir bilirsən?
- Mehman_Huseynov: Maraqli sualdı :). Mənə çatanda mütləq ona twitterdə cavab verəcəm! :)
- Tweety_Twi: Heç olub ki, videolarınıza görə söhbətə çağırılasız və ya hakimiyyət tərəfindən şantaj olunasız?
- Mehman_Huseynov: Mülki geyimli polislər söhbətə çağırıblar. Bandotdelə də aparıblar məni, 11 mart video çarxına görə.
- IlqarAbbas: Mehman bəy, sizcə videolarınızın əhəmiyyəti var? Sizi tənqid etdikdə nə cavab verirsiz?
- Mehman_Huseynov: Əlbətdəki var! Biz tənqidi də qebul edirik.
- EtibarSalmanli: Sizin Azərbaycan dili müəlliminiz kim olub? Ümumiyyətlə dərsə girmisiz? :D
- Mehman_Huseynov: Etibar sən öl, Azərbaycan dili dərsindən həmişə qaçırdım :).
- Tweety_Twi: Mehman bəy, ikinci dəfə dünyaya gəlsəydiz yenə o videonu çəkərdiz ? :D
- Mehman_Huseynov: Mələk xanım, mən dünyaya 5 dəfə də gəlsəydim “po lubomu” o videonu çəkəcəkdim J.
- Aosmanli: Begemotlarla Klounlar arasındakı əsas fərq nədir?
- Mehman_Huseynov: Ceyhun Osmanliyla Rauf Ray arasındakı əsas fərqi tapın, bax elə həmin şey Begemot-Kloun arasındakı əsas fərqdir! :)
- IlqarAbbas: Deyin görək növbəti videonuz hansı mövzuda olacaq?
- Mehman_Huseynov: İlqar bəy, növbəti video fikirləşirəmki elə Twitterdə Cavab Verəcəm - 2 video çarxı olacaq :).
Mehman Hüseynov xalqın içində |
- EtibarSalmanli: O videonun neçə nəfər izləyib Mehman?
- Mehman_Huseynov: Eurovision videosunu deyirsənsə, 8000-ni keçib! Twitter söhbətini deyirsənsə, 3000 baxış.
- EtibarSalmanli: Bəs 11 mart videosuna nə qədər baxış olub?
- Mehman_Huseynov: Çəkilişlər yaddan çıxmayıb deyəsən :). Həmin video çarxa 40.000-ə yaxın adam izləyib.
- Paramilli: Mehman, sən nə zaman vaxtında telefonlara cavab verəsən?
- Mehman_Huseynov: Zəng etməmişdən əvvəl sms atın ki, "Moşnu yeyib içmək var". Mən o zəngə cavab verməsəm Mehman deyiləm! J
- Seadetabbas: Twitterdə cavab vermək moddan düşəndən sonra nə olacaq? –
- Mehman_Huseynov: Moddan düşəndən sonra gedirik Bloqosfer3-ə!
- EtibarSalmanli: Minanın mahnısına fikrin necədir? :D
- Mehman_Huseynov: Apar tulla :)
- Paramilli: Əlində fotoaparat, qlamur şəkil çəkən gənclərə nə məsləhətin ola bilər?
- Mehman_Huseynov: Məsləhətim odur ki, “kişi olun!” əsas odur :).
- Vusaltalibli: Heç mitinqdə olan zaman fikirləşmisən ki, videonu atım mən də qışqırım? =)
- Mehman_Huseynov: Hə elə anlar olub! Amma özümü saxlamışam.
- Vusaltalibli: Yaxşı ki özünü buraxmamısan, yoxsa camaat hardan baxardı videolara =)
- NarminNoqte: Obyektivin, yoxsa sən, hansınız daha obyektivsiniz?
- Mehman_Huseynov: Mən və mənim obyektivim (belə pis çıxmasın) ;)
- PervinNazirli: Müsahibə 24:00-a qədər olmalıydı, amma artıq 00:50-di. Niyə belə? =) Xalq səni sevir! :D
- Mehman_Huseynov: Mən həmişə xalqın içində olmalıyam :).
- Paramilli: Nə hadisə baş verməlidir ki, sən görüşlərə vaxtında gələsən?
- Mehman_Huseynov: O çətin məsələdir :).
- PervinNazirli: Sənə görə ən güclü fotorepartyor kimdi?İşlərini ən çox bəyəndiyin.
- Mehman_Huseynov: Mənə görə en güclüsü elə mənəm:).
- NarminNoqte: Oxuyuram sualları və verdiyin cavabları - səni belə bilmirdim. Kasan nə vaxt dolur? Səbr kasası =)
- Mehman_Huseynov: Səbr kasasının dolmasına hələ çox var =). Səbr yaxşı şeydi məncə :).
- Seadetabbas: Xalq sənə heykel qoymaq istəsə, şəhərin harasını seçərdin? =))
- Mehman_Huseynov: Milli Bankla üzbəüz park var ee, bax orda :))))
- Mehman_Huseynov: Sonda, sizlərə təşəkkür edirəm ki, suallarınızı verdiz. Ümid edirəm ki, cavablarım size qane etdi. Hələlik dostlar!
No comments:
Post a Comment