Monday 23 July 2012

"İqtidar da, müxalifət də, xalq da..." || Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev
Photo by S.F.Ismayil
"Rüşvət verməmək ilk addımdır"


“Twitterdə cavab verəcəm”in növbəti qonağı keçmiş vicdan məhbus, gənc fəal Bəxtiyar Hacıyev olub. Bəxtiyar Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.

Şəhzadə Orucova: Təhsildə (xüsusilə ali məktəblərdə) rüşvət verməməklə kifayətlənib korrupsiyaya qarşı mübarizə aparmaq olar?
Bəxtiyar Hacıyev: Universitetlərdə rüşvət verməmək ilk addımdır. Amma kifayət deyil. İnsanları maarifləndirmək, sistemi, cəmiyyəti dəyişməliyik.

Ayuk Utopik: Sənə suallar bitməz tükənməz :))
Bəxtiyar Hacıyev: Suallar çoxdursa, o zaman "Əəəəə, bir-bir..." (copyright-T.Əhmədov)-:))

Ceyhun Məmmədli: Hacıyev, sizcə müxalifətin vahid namizədi kim olmalıdır? :)
Bəxtiyar Hacıyev: Müxalifətin vahid namizədi müxalifətin ən güclü şəxsi olmalıdır. Bunu isə ilkin seçkilər (premaries) ilə müəyyənləşdirmək olar.

İlham Aliyev: Əsgər nə vaxt gedirsiz?
Bəxtiyar Hacıyev: Lazım gələndə və müharibə başlayanda.



Ayuk Utopik: Həbsdən çıxdığına görə təəssüfləndiyin olub heç? :D
Bəxtiyar Hacıyev: Kiçik problemlərin böyük işlərə mane olduğunu görəndə bəzən həbsxanaya geri qayıtmaq istiyirəm, orada böyük düşünmək asandır.

Sabir Niftalıyev: Sizcə cəmiyyəti dəyişmək necə olmalıdır? Bugünki cəmiyyəti dəyişirik, maarifləndiririk deyən aktivistlərlə razısınızmı?
Bəxtiyar Hacıyev: Aktivistlərin çoxunun fəaliyyətini bəyənirəm. Sayları çoxalmalı, iş miqyasları artırılmalıdır ki, cəmiyyətə təsir etsinlər.


Əfqan Quliyev: İçəridə olduğun zaman hansı kitabları oxudun?
Bəxtiyar Hacıyev: Həbsdə xeyli kitab oxudum. Kitablar "Müsbət dəyişiklik" ofisinin kitabxanasındadır. Oxumaq istəyənlər götürüb oxuya bilərlər.

Şəhzadə Orucova: Bəs bunun üçün tələbələr hüquq çərçivəsində hansı üsullarla mübarizə apara bilərlər?
Bəxtiyar Hacıyev: Belə tək-tək rüşvət halının qarşısını almaq olar, amma əsaslı mübarizə üçün mütləq cəmiyyət və sistem dəyişməlidir.


"Vahid namizədim müəyyənləşən kimi toy da olacaq"

Kənan Ali: Hakimiyyət müxalifətlə danışıqlara başlasa və desə ki, prezident qalır, amma sizin istədikləriniz ödənir, sən razı olarsan ya yox?
Bəxtiyar Hacıyev: Mən praqmatikəm. Düşünürəm ki, müxalifət razılaşmasa da 2013-də prezident qalacaq, amma islahatlara razılaşmaq yaxşı olar.

İlham Aliyev: 1 neçə gün öncə öyrəndim ki, hərbi xidmətdən yayınıb, həbs edilənlər, hətta, cəzaları bitdikdən sonra yenidən əsgər aparılır.
Bəxtiyar Hacıyev: Məhkumluq üzərində qaldığı müddətdə yox. Məhkumluq ödədikdən sonra(məndə 2 il 9 ay sonra)hərbi xidmətə çağırış ola bilər.

Mehman Hüseynov: Bəxtiyar bəy, tam ciddi bir sual! Sizce 2013-də müxalifətin vahid namizədi kim ola bilər?
Bəxtiyar Hacıyev: Tam ciddi bir cavab. Bunu müxalif liderlərin tərəfdaşları müəyyənləşdirməlidir. İlkin seçkiləri də buna görə qeyd edirəm.

Samir Əsədli: Bəy, İP-yə qoşulmaq niyyətiniz varmı?
Bəxtiyar Hacıyev: Hələ ki İctimai Palataya qoşulmaq fikrim yoxdur. Bəlkə də nə vaxtsa Azeəbaycan reallıqlarını öyrəndikdən sonra qoşularam:)

Ayuk Utopik: Ağlına gələn ilk favorit kitab və film adını de:) Amma çox düşünmə:)
Bəxtiyar Hacıyev: "девушка с татуировкой дракона" kitabı. Deyirlər filmi də var, amma baxmamışam, seçim üçün biraz düşündüm amma, sorry :D

Washington DC
Photo by Afgan Niftiyev

İnar İbn İntiqam: Ordan baxanda hara görünür?
Bəxtiyar Hacıyev: Həbsdən? Oradan baxanda hündür divarlar, tikanlı məftillər, ətrafdakı daş dağlar və azad semə görünür. Çox vaxt səmaya baxırdım.

Dadaş Sadıq: A bəy, xeyir iş nə vaxtdı? ))
Bəxtiyar Hacıyev: Xeyir iş deyəndə toyu nəzərdə tutursansa, vahid namizədim müəyyənləşən kimi toy da olacaq.:)

Sabir Niftalıyev: Baxır cəmiyyətə necə təsirdən söhbət gedir. Məncə hər kəsi qucaqlamağı bacarmırlar. Cəmiyyəti düzəltməkdən daha çox təhqir edirlər.
Bəxtiyar Hacıyev: Qucaqlayıcı yanaşma seçməliyik. İnsanları fərqlərimizə görə uzaqlaşdırmaq əvəzinə bənzərliklərinə görə yaxınlaşdırmalıyıq.


"2013-də müxalifət 5 namizədə parçalansa güc olmayacaq"


Kənan Əli: Açıq desək, 2013-də böyük ehtimal prezident qalacaq. səncə, bu müxalifətin, əsasən gənclərin enerjisinə mənfi təsir göstərə bilər?
Bəxtiyar Hacıyev: 2013-də çox güman ki, indiki prezident qalacaq. Müxalifətə təsiri zaman göstərər. Gəncləşmə hər yerdə getməlidir. İqtidarda da, müxalifətdə də. 

Nərmin Rəhimli: Qürura məğlub olub fədakarlıq etmək, yoxsa fədakarlıq edib qürura qalib gəlmək? Hansı qazanclıdır və ya seçim qazanca hesablanmalıdır?
Bəxtiyar Hacıyev: Fərdi maraq başqalarının maraqlarına ziyan vurursa, bu fədakarlıq olmur. Mənim üçün başqalarının xoşbəxtliyi daha vacibdir.

Əfqan Quliyev: Mənə elə gəlir həbsdən sonra hökümətə qarşı radikal deyilsiniz. Bu həqiqətən belədirmi?
Bəxtiyar Hacıyev: Mən həbsdən sonra məsələlərə daha səbrli, təmkinli və uzunmüddətli yanaşıram. Doğru müşahidə etmisiniz. Dəyişən budur. 

Mehman Hüseynov: Və daha bir ciddi sual! Bəy, siz 2015-ci ildə yenə parlament seçkilərinə qatilacaqsınız? 
Bəxtiyar Hacıyev: 2015-də həbs olunmasam, öldürülməsəm, ehtiyac olsa, namizəd ola bilərəm. Bəlkə o vaxtda deputatdan yüksək postda olacam:)

Mart 2009 - Nyu York

Məcid Həsənli: Bəxtiyar, məhbəsdə sənin üçün ən gözlənilməz nə oldu?
Bəxtiyar Hacıyev: Məhkumların mənə hər zaman hörmətlə, qayğı ilə yanaşmasını həbsdən əvvəl gözləməzdim. Anladım ki, hər məhkum pis insan deyil.

Hacı Zeynallı: Hal hazırda QHT sektorundakı gənclərin fəaliyyətini necə qiymətləndirirsiniz?
Bəxtiyar Hacıyev: QHT sektorunda həqiqətən çalışan gənclərin işlərini yüksək qiymətləndirirəm. Özlərini də, digərlərini də yetişdirirlər.

Vüqar Cəfərzadə: Bəy, probləmlərimizin həll olunmasə üçün cəmiyyət dəyişməlidir ya hakimiyyət?
Bəxtiyar Hacıyev: Ya hakimiyyət cəmiyyəti dəyişəcək, ya da cəmiyyət hakimiyyəti. Ona qədər cəmiyyət də, sistem də paralel dəyişməlidir.


"AGAT-a 50 000 dollar verilirsə, bu normal jestdir"

İlham Aliyev: Sizcə, niyə Euovision ərəfəsi siyasi proseslərdə Ə.Kərimli daha çox ön plana çıxırdı(BBC-yə müsahibə, polis bölməsinə çağırılması)
Bəxtiyar Hacıyev: Eurovision öncəsi çoxu BBC-ə müsahibə verirdi. Ə.Kərimlinin polisə çağırılmasını hakimiyyətdən soruşun. Twitterdə cavab versinlər:)

Sabir Niftalıyev: Sənə bir addım gələnə sən 10 addım gət prinsipi. Razılaşaq ki, bunu aktiv gənclər bacarmır. Daha da uzaqlaşırlar.
Bəxtiyar Hacıyev: Şəxsən mənim yanaşmam qucaqlayıcıdır. Mən dini, siyasi baxişlara, geyim, zövq və s fərqlərə görə gəncləri uzaqlaşdırmıram.

Ceyhun Məmmədli: 2013-də prezident qalacaq deyirsiz. Prezident qaldı və islahatlar olmadı. Bu zaman müxalifət hansı addımı atmalıdır?:)
Bəxtiyar Hacıyev: Hakimiyyəti islahata vadar etmək üçün güc göstərmək lazımdır. 2013-də müxalifətin seçki nəticəsi 5 namizədə parçalansa güc olmayacaq.

Turanə Rəsulova: Bəxtiyar, müsbət dəyişikliklərdə öz gələcək rolunu necə görürsən və səni fərqli edən nədir?
Bəxtiyar Hacıyev: Öz rolumu gəncləri aktivləşdirməkdə, yəni liderlərin formalaşmasında görürəm. Məncə, dəyişikliklər üçün az da olsa töhvəm olub.

2010 parlament seçkiləri - seçki kampaniyası
Copyright - The British Embassy in Baku

Asim Zaxarov: Bəy, hal-hazırda gedən proseslərdə gənclərin fəaliyyətini necə dəyərləndirirsən? Və son zaman daha çox fəallığı hansı QHT-də görürsən?
Bəxtiyar Hacıyev: Gənclər nə qədər fəal olsalar, mən daha da fəal olmaqlarını gözləyəcəm. Problemlərimiz  çoxdur, dayanmadan çalışmalıyıq.

Ömər Mamedov: Gələcək planlarınız nədir? Siyasətlə məşğul olacaqsınız?
Bəxtiyar Hacıyev: Yaxın gələcək üçün planlar: istirahət, uzaq gələcəkdə məqsəd: insanlara xidmət. Forması, yeri, məqamı vacib deyil.

Ülvi Həsənli: Bəy, NDİ Gülsel Səfərovaya 50 min gənc liderlər lahiyəsinə pul verib.Buna münasibətin necədir? AGAT demokratik dəyərlər yayandır?
Bəxtiyar Hacıyev: NDİ Azərbaycanda qalmalıdır. $50.000 AGAT-a verilirsə, digərlərinə də verilir axı. Fəaliyyətin davamı üçün bu jest normaldır.


"İndi ən böyük problemimiz təhsil problemidir"

İlham Aliyev: 1 neçə gün öncə öyrəndim ki, hərbi xidmətdən yayınıb, həbs edilənlər, hətta, cəzaları bitdikdən sonra yenidən əsgər aparılır.
Bəxtiyar Hacıyev: Məhkumluq üzərində qaldığı müddətdə yox. Məhkumluq ödədikdən sonra (məndə 2 il 9 ay sonra) hərbi xidmətə çağırış ola bilər.

Kənan Ali: Açıq desək, 2013-də prezident qalacaq. Səncə, bu müxalifətin, əsasən gənclərin enerjisinə mənfi təsir göstərə bilər?
Bəxtiyar Hacıyev: 2013-də çox güman ki, prezident qalacaq. Gəncləşmə hər yerdə getməlidir. iqtidarda da, müxalifətdə də.

Əfqan Quliyev: Gələcək iş kariyeranızı Azərbaycanda davam etdirmək yoxsa xaricdə davam etdirmək istəyirsiniz?
Bəxtiyar Hacıyev: Qürbət nə qədər rahat olsa da, xaricdə qalmaq istəməzdim. Çalışacam hər zaman Azərbaycanda qalım, faydalı işlərlə məşğul olum.

Vüqar Cəfərzadə: Bəy, razısız ki, respublika inadkar azlığın itaətkar çoxluq üzərində qələbəsidir?
Bəxtiyar Hacıyev: Qismən razıyam. İnadkar azlıq hər zaman öz maraqlarını güdmədən çoxluq üçün çalışırsa, çox gözəl.


Asim Zaxarov: Problemlərdən bir neçə önəmli olanları sadalaya bilərsən? Yardımı da toxuna bilər eyni zamanda.
Bəxtiyar Hacıyev: İndi ən böyük problemimiz təhsil sisteminin yaratdığı təhsilsizlikdir. Təhsilsiz cəmiyyət digər heç bir problemi həll edə bilməz.


Ayaz Quliyev: Qısaca olaraq, həbsdə olduqda, ümumiyyətlə məhbusların sənin fikirlərinə və sənə qarşı olan münasibətləri necə idi?
Bəxtiyar Hacıyev: Məhkumlar ilk gündən son günə qədər özümə də, fikirlərimə də hörmətlə yanaşdılar. Bu həbsi xeyli asan etdi.


Leyla Cəfərli: Bəs sizcə gənclər sözləri təbəqəyə çatdıqdan sonra yoxsa istənilən halda sistemə qarşı olan narazılığını bildirməlidirlər?
Bəxtiyar Hacıyev: Gənclər öncə onları dinləyənlərə sözlərini çatdırmalıdırlar. Dinləməsələr narazılığı bildirmək olar. Dinləyirlərsə nə gözəl.




"Həbsim böyük mənəvi missiyanın bir hissəsi"

Fərahim Alili(aztv1): Düz de, neçə sualı özün yazıb vermisən ki, məndən bunları soruşun?:)
Bəxtiyar Hacıyev: Mən hakimiyyətdə təmsil olunmuram ki, aztv1-ə suallarımı öncədən yazım:) burada demokratik mühit var. Soruşmaq istədiyini soruş. :)

Aleksandr Karamazov: Türkiyənin müasir siyasi durumuna və Ərdoğanın apardığı daxili və xarici siyasətə münasibətiniz?
Bəxtiyar Hacıyev: Əvvəllər Ərdoğanın siyasətini təqdir edirdim, son vaxtlar 1 çox hadisə məni narahat edir. Amma onu Türkiyə xalqı seçib.

Kamran Şükürlü: Bəxtiyar, Harvardda təhsil alarkən hər hansı dövlət proqramından dəstək alırdın ya necə? Maddiyyat baxımından..
Bəxtiyar Hacıyev: Təhsilimi Harvard maliyyələşdirirdi, həm də işlədim. Azərbaycan höküməti mənə dövlət proqramı çərçivəsində təqaüd verməyib.

İham Aliyev: Mediada da yazılır, gənclər arasında da deyilir, gah avtoritar, gah da demokratik. Azərbaycanda hansı siyasi rejimdir?
Bəxtiyar Hacıyev: Demokratik olmasını arzuladığımız və hazırda avtoritar olan rejim.

Leyla Cəfərli: Məhbus olarkən çəkdiyiniz əziyyətdən dolayı "kaş hakimiyyətə qarşı olmasaydım" deyə fikirləşdiyiniz olub heç?
Bəxtiyar Hacıyev: Xeyr. Mən hər pis vəziyyətdə müsbət tərəfləri görürəm. Nə isə öyrənirəm. Həbsimi böyük mənəvi missiyanın bir hissəsi sayıram.

Tükezban: Sən neyniyirsən ki, belə çoxlu qızlar sənə yaxın olmağa çalışır? Məncə çox qızı ümidləndirməkdənsə layiqli bir qızla ailə qur.
Bəxtiyar Hacıyev: Hanı onlar?:) Xüsusi səy göstərmirəm. Özüm olmağa çalışıram. Yaxşı və pis tərəflərimlə.

Mənsur İsrafilli: Belə 1 söz var, bu dövlətin iqtidarı necədirsə, müxalifəti də o cürdür. Müxalifətdən və başqalarından razısınızmı?
Bəxtiyar Hacıyev: Hamı dövrün tələblərini, çağırışlarını düzgün oxumalı və ayaq uydurmağı bacarmalıdır. İqtidar da, müxalifət də, xalq da...

Aynur Unuslu: Harvardda oxumaq üçün sponsor axtaran (və xaricdə-Hollandiyada yaşayan) birinə hansı məsləhəti verə bilərsiniz?:)
Bəxtiyar Hacıyev: Harvarda qəbul olun, əmin olun ki, Harvard sizi pulsuz qoymayacaq. Məni qoymadılar. Dedilər sən bizim tələbəsənsə, $ barədə düşünmə.

6 iyun 2012 - Bəxtiyar Hacıyev və Hilari Klinton

Aleksandr Karamazov: İnsandan inancı barədə soruşmaq etik deyil, təbii, amma bu soruşduğumun inancla əlaqəsi yoxdur məncə. Nurçusuz?:)
Bəxtiyar Hacıyev: Heç bir qrupa bağlı deyiləm.

Tükəzban: O düzdü ki, sən Amerikada oxuyanda universitetin ödənişini ödəyə bilməmisən və pulu Amerikada yaşayan Fətullah hoca verib?
Bəxtiyar Hacıyev: Xeyr. Mənim təhsilimi Harvard maliyyələşdirib. İstəsəniz sizə sonra detalları yazaram. Yazdığınız yayılmış söz-söhbətdir.

Ayaz Quliyev: Səncə facebook olmasaydı, Bəxtiyar Hacıyev bugün public figure ola bilərdi?:)
Bəxtiyar Hacıyev: Facebook vasitədir. FB hamını public figure etmir, etsə də sevdirmir insanlara. FB güzgüdür sadecə, pisi və yaxşını göstərir.




"... öncə əsgərlik"

Kamran Şükürlü: Yəni Harvard hesabına təhsil almaq şansı var:)
Bəxtiyar Hacıyev: Bəli, esas siz qəbul olun, onda sonrası düzələcək. Harvard öz tələbəsini pulsuzluğa görə kənara atmaz heç vaxt.

Səbuhi Göyüşov: Sizcə fərd üçün ailə əsasdır ya vətən? Yəni ilk əvvəl ailəsi üçün çalışmalıdır ya dövləti üçün?
Bəxtiyar Hacıyev: Həm ailə, həm vətən, həm vətəndaşlar, həm dünya. Kim hara qədər bacarırsa, faydalı həyat yaşamalıdır dünyada.

Pərviz Askerov: "Vaxtımı dondururam" oyunu nəyə lazım idi?
Bəxtiyar Hacıyev: Vaxtdan tam istifadə edib, səslənən ittihamlara müşahidəçi qalmamaq üçün oyunu başqaları başlatdı. Biz də məcbur davam edirik.

Tofiq M Hüseynov: Siyasi kariyera üçün 12 aylıq əsgərlikmi, 15 aylıq həbsmi? Hansı daha yaxşıdır?
Bəxtiyar Hacıyev: Əgər siyasi təhdid yoxdursa öncə əsgərlik.

İlkin Abbasov: Bəxtiyar, gündəlik xərclər üçün gəlir yerin varmı? Sirr deyilsə.
Bəxtiyar Hacıyev: Hazırda bir tərcümə üzərində işləyirəm və xərclərimi belə qarşılayıram, amma bu müvəqqətidir.

Camal: Sizcə iqtisadiyyatımıza ən önəmli lazımi islahatlar nələrdir?
Bəxtiyar Hacıyev: İqtisadiyyatın neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, sadə biznes mühiti.


Ülvi Həsənli: SOROS da paylayırdı, axırda gördülər əməlli korrupsiyalaşıb, bağladılar. Xaricdən qrant verirlər indi. NED kimi. Elə daha yaxşı deyil?
Bəxtiyar Hacıyev: NDİ burda olsa daha yaxşıdır. Gözdən iraq olan könüldən də iraq olar. Bu təşkilatlara da, maliyyəyə də, əməkdaşlığa da aiddir.


Ülvi Həsənli: "Twitterdə cavab verecəm "də iştirak etdiyin, sualları cavablandırdığın üçün təşəkkür edirik Bəxtiyar!:) Uğurlar işlərində! 
Bəxtiyar Hacıyev: Mən də sizə dəvət etdiyinizə, gənc dostlarımıza da maraqlı suallara görə təşəkkür edirəm. Mənim üçün çox xoş idi.





No comments:

Post a Comment