Showing posts with label bloqqer. Show all posts
Showing posts with label bloqqer. Show all posts

Monday, 25 June 2012

"Bütün sistem çürükdür" || Adnan Hacızadə


Adnan Hacızadə
"Mən musiqiyə qulaq asmıram"

“Twitterdə cavab verəcəm”in növbəti qonağı keçmiş siyasi məhbus, gənc bloqqer, OL! Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadə olub. Adnan Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.

Məcid Həsənli: Salam Adnan. xoş gördük
Adnan Hacızadə: Xoş bulduk. Sən olmayanda bir-iki dənə suala cavab vermişəm artıq.

Məcid Həsənli: Bizim bu layihəmizi necə qiymətləndirəsən?
Adnan Hacızadə: Möhtəşəm... Geniş ictimaiyyət arasında yaymaq lazımdır. Qəzetlərdə elan olsaydı həm adam çox olardı həm də Tvitterçilər artar.


Anar Bayramov: Bəy, sizcə bizdə tam müstəqil (partiyalara bağlı olmayan) gənclər təşkilatı olmasına nə mane olur? Nisbətən müstəqili N!da-dır.
Adnan Hacızadə: Heç nə mane olmur və belə təşkilatlar var. OL!, NİDA, Azad Gənclik, Müsbət Dəyişiklik və s.

Thursday, 13 October 2011

“Qadınları çiy sevərəm” || Araz Önər Twitter-də cavab verdi!


Araz Önər
Sentyabrın 30-da “Twitter-də cavab verəcəm”in qonağı bloqqer Araz Önər olub. Araz TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Müsahibənin redaktə olunmuş variantını sizə təqdim edirik.

Özümə qarşı ən böyük pislik deputatlığa namizədlik olardı 

OrkhanAbdulla: Seçim sənin olsaydı Azərbaycanda hansı rejimi təsis edərdin?
ArazOner: Liberal Demokratiya.

Zhale: Sən mənim üçün Liam Gallagher və ya Richard Ashcroft-un tayısan. Hər şeyi at get musiqi ilə məşğul ol. 
ArazOner: Yavaş yavaş öyrənirəm. Görək nə alınır. 

Orxan Abdulla: Hollandiyaya getdiyinə görə “sovetski” uşaqları ismarıc zad göndərməyiblər sənə?
ArazOner: Hamısının çoxlu salamı var, toylarında iştirak edə bilmədiyimə görə inciyənlər olub.

DadashSadiq: Səncə irəli döyər, yoxsa dalğa?

Monday, 3 October 2011

Turxan Qarışqa Twitter-də cavab verdi

Turxan Qarışqa
 Mənim canım kitabdadır

Sentyabrın 18-də “Twitter-də cavab verəcəm”in qonağı fotoreportyor, bloqqer Turxan Qarışqa olub. Müsahibimiz TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Müsahibənin redaktə olunmuş variantını sizə təqdim edirik.

- Paramilli: Axşamın xeyir. Xalqın balalarının suallarına cavab verirsən? 
- turkhankarim: Sorry, yeməkdə idim... Hə.

- Turan_50: Doğum günü bayram günlərinə düşənlər sənə heç acıq veriblər?