Thursday 27 October 2011

Səfir Beytman Twitterdə cavab verdi! || Siyasi məhbuslar diqqətimizdədir

Peter Bateman
Oktyabrın 27-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman (Peter Bateman) "Twitter"də suallara cavab verib. Twitter artıq sərhədləri götürür və sosial şəbəkələrdə rəsmi şəxslərlə asanlıqla ünsiyyət yaratmaq olar. Səfirin "Twitter"də online suallara cavab verməsi buna bir nümunədir. Sual-cavabı sizlərə təqdim edirik.

London Olimpiyadaları üçün viza kvotası olmayacaq

Nərmin Rəhimli: Cənab Səfir, sizə Azərbaycanda uğurlar arzu edirəm. Həbsdə olan gənc siyasi məhbuslara baş çəkməyi düşünürsünüz mü?


Piter Beytman: Təşəkkür edirəm. Britaniya Səfirliyi AB və ATƏT əməkdaşlarıyla məhkəmə proseslərində iştirak edir və həbsxanalara baş çəkir. 



Turqut Qəmbər: Britaniya Hökuməti və səfirliyin gənclər təşkilatları, QHT-lər və siyasi partiyalarla kifayət qədər yaxşı əlaqələr qurduğunu düşünürsünüzmü?
Piter Beytman: Bəli, belə düşünürəm. İndiyə qədər bir neçə QHT-lərlə görüşlərimiz olub, yaxın həftələrdə də gənclər təşkilatları, həmçinin siyasi partiyalarla da görüşlər planlaşdırılır. 



Nərmin Rəhimli: Azərbaycanlı tələbələr üçün Britaniyada təhsili dəstəkləyən yeni təhsil proqramlarınız var mı?
Piter Beytman: Onu deyə bilərəm ki, "Chevening" programı 20112-2013-cü illərdə davam edəcək. Daha ətraflı detallarla bizim veb saytımızda tanış ola bilərsiniz.



Nərmin Abbas: Cənab Səfir, sizin tərəfinizdən Azərbaycandakı gənclər təşkilatlarına göstərilən dəstəkdə nə kimi fərqlər olacaqdır? 
Piter Beytman: İş qrafikimin uyğunluğunu nəzərə alaraq, daha çox azərbaycanlı gənc və gənclər təşkilatlarıyla əlaqələr yarada biləcəyimə ümid edirəm.
 
Səbinə Vaqifqızı: İki ölkə arasında viza siteminin sadələşdirilməsi ilə bağlı gözləntilər var mı? 
Piter Beytman: Yaxın zamanlarda viza sitemində dəyişikliklərlə bağlı planlar yoxdur.



Nüşabə Fətullayeva: Bəzi sosial media və müxalif aktivistlər hal-hazırda həbsdədir. Siyasi məhbuslarla bağlı məsələləri rəsmi qurumlarla əlaqələrdə gündəmə gətirməyi düşünürsünüz mü? 
Piter Beytman: Əlbəttə. Əvvəllər də olduğu kimi bu məsələlər AB əməkdaşlarımızla bizim buradaki hakimiyyətlə uzun bir dialoq mövzusu olacaqdır.



Faiq Abbasov: Hörmətli Səfir, London Olimpiyadaları üçün Azərbaycan vətəndaşlarına viza kvotaları gözlənilir mi? Və bu tələbə vizasına təsir göstərəcək mi? 
Piter Beytman: Heç bir viza kvotası olmayacaq, bu halda da tələbə vizasına heç bir təsir gözlənilmir.



Tərcümə etdi: Aysel Saday

No comments:

Post a Comment