"Rejim dəyişən kimi ədəbiyyat qəbristanlığı olan AYB dərhal ləğv olunmalıdır"
Noyabrın 27-də “Twitterdə cavab verəcəm”in qonağı yazıçı, publisist Əli Əkbər olub. Yazıçı TWITTER sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.
Beyimhesenli (Bəyim Həsənli): Gənclərdən kiminsə blogunu oxuyursunuz, ya da ümumiyyətlə blog oxuyursunuzmu?
AlekperAliyev (Əli Əkbər): Hamısını oxuyuram. Ən azından çalışıram. Gözümdən qaçanlar da olur.